"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyə həyatı” qəzetinin növbəti 321-cu sayı işıq üzü görüb

--2015-07-24 / 22:59

Bu   gün “Bələdiyyə həyatı” qəzetinin növbəti  321-cu sayı işıq üzü görüb. Qəzetin bu sayında  prezident tərəfindən təsdiq edilən rəsmi sənədlər, millət vəkillərinin və   bələdiyyə sədrlərinin açıqlamaları yer alıb. “Bələdiyyə həyatı”nın bu sayında ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadənin açıqlaması, habelə  Nəsimi, Xızı və  Rəsulzadə bələdiyyələrinin fəaliyyəti haqqında diqqəti çəkən məqamlara yer verilib.

Qəzetin bu sayında  şəmkir Regional ədliyyə şöbəsinin məsləhətçisi  Taryel Qəhrəmanovun “Korrupsiya ilə mübarizədə hər birimizin üzərinə böyük məsuliyyət düşür” məqaləsi də dərc edilib.

Oxucularımız qəzetin bu sayında   bələdiyyə sahəsindən bəhs edən digər maraqlı məlumatlarla da tanış ola bilərlər.

Qeyd edək ki, qəzet abunə yolu ilə yayılır.

Belediyye.info

ŞƏRHLƏR